Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva tərəfindən ustad dərs keçirildi.
27 may 2025-ci il tarixində Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva tərəfindən Lənkəran Dövlət Universitetinin elmi kitabxanasında Kollecin müəllim və tələbələrinə ustad dərs keçirildi. Professor Nərminə Quliyeva müəllim və tələbələrlə görüşərək onlara metodik tövsiyyələrini vermiş və təcrübəsini bölüşmüşdür. Müəllim və tələbələri maraqlandıran sualları cavablandıran professor Nərminə Quliyeva tərəfindən keçirilən ustad dərsdə profesional ifaçılığın texnikası, metodikası barədə müəllim və tələbələrə məlumat verildi.