Çayçılıq və Çəltikçilik
30 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Çayçılıq” və “Çəltikçilik” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər “ kafedrasının baş müəllimi Azər Cəlalov çəltikçilik və çayçılıq üzrə əldə olunmuş nailiyyətlərdən, bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsindən, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən, bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə assosasiyaların yaradılması barədə məlumat verdi.