“COP29”– la bağlı intellektual yarış keçirildi.
25 iyun 2024-cü il tarixində təbiət qoynunda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Ətraf mühitin mühafizəsi və bərpası”, “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının tələbələri arasında “COP29”–la bağlı “Nə, Harada, Nə zaman?” intellektual yarış keçirildi. Maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerin qalibi Ekoloqlar, 2-ci yerin qalibi Lider, 3-cü yerin qalibi Xəzər komandası olmuşdur.