İKT və incəsənət fənləri

İKT və incəsənət fənləri

Kollecin “İKT və incəsənət fənləri” FBK-nın sədri Paşazadə Nəzrin Nahid qızı
Paşazadə Nəzrin Nahid qızı 03 oktyabr 1998-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbində təhsil almışdır.
2015-ci ildə Lənkəran Dövlət Universitetinin Bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına daxil olmuş, 2020-ci ildə təhsilini başa vurmuşdur. Həmin ildə Lənkəran dövlət Universitetinin magistatura pilləsi üzrə “Kompüter mühəndisliyi” ixtisasında təhsilini davam etdirmiş, 2022-ci ildə magistr təhsilini başa vurmuşdur. Bir BDU-də, iki LDU-də konfrans materiallarında nəşr olunmuş üç elmi məqalənin müəllifidir. 2021-ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə İnformatika müəllimi vəzifəsində çalışır. Hal hazırda “İKT və incəsənət fənləri” FBK-nın sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.