Hirkan Milli Parkında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində eko düşərgə təşkil olundu.

Hirkan Milli Parkında  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  eko düşərgə təşkil olundu.

25 iyun 2024-cü il tarixində Hirkan Milli Parkında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, istehsalat təcrübəsində olan “Ətraf mühitin mühafizəsi və bərpası” və “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının metodistləri Nərgiz Əkbərova, Asya Abbasovanın və tələbələrin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində eko düşərgə təşkil olunmuşdur. Eko düşərgənin keçirilməsinin başlıca məqsədi gəncləri ekoloji tərbiyələndirməklə yanaşı, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, ekoloji mühitin qorunmasında könüllü fəaliyyət göstərməyə cəlb etməkdir.
Eko düşərgə müddətində tələbələr arasında maraqlı idman oyunları, müxtəlif ekoloji yarışlar və müsabiqələr keçirilmişdir.

Добавить комментарий