İnformasiya təhlükəsizliyi.
30 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İnformasiya təhlükəsizliyi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər “ kafedrasının baş müəllimi Nadir Ələskərov informasiya risklərini azaldaraq onu qorumaq təcrübəsindən, verilənlərə icazəsiz və ya qeyri-münasib formada girişindən, onlardan qeyri-qanuni istifadənin, informasiyanın açıqlanmasının, pozulmasının, silinməsinin, dəyişdirilməsinin, qeydə alınmasının və ya dəyərsizləşdirilməsinin qarşısının alınmasından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.