Kollecdə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda xüsusi dərs keçirildi.

Kollecdə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda  xüsusi dərs keçirildi.

27 fevral 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini , mayor Ramil Məcidov, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabitləri, kapitan Elşən Ələkbərov və kapitan Nizami Dadaşovun iştirakı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirildi. Çıxış edənlər mülki müdafiə sahəsində biliklərinin artırılması, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, fövqəladə hallar zamanı mühafizəninin təşkili, mülki müdafiə tədbirlərinin mahiyyəti barədə dinləyicilərə geniş məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırdılar. Sonda Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici video-çarxlar nümayiş olundu.

Добавить комментарий