Kollecdə “Əməyin mühafizəsi və təhlükəsizlik” mövzusunda tədbir keçirildi.
27 yanvar 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təsərrüfat işləri üzrə direktor müavini Emil Qurbanov, təmir-tikinti və təhlükəsizlik üzrə mühəndis İlqar Cəfərli tərəfindən “Əməyin mühafizəsi və təhlükəsizlik” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılmasından, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün struktur bölmələrinin tələbata uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunmasından, əməyin mühafizəsi üzrə mövcud standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.