Kollecdə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirildi.
28 fevral 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edənlər Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilməsindən, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən, tarixindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.