Kollecdə 2023/2024-cü tədris ili üçün Pedaqoji Şuranın son iclası keçirildi.
4 iyul 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2023/2024-cü tədris ili üçün Pedaqoji Şuranın son iclası keçirildi. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı. Pedaqoji Şurada “Yaz semestrinin imtahan sessiyasının nəticələri”, “Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec üzrə Dövlət Attestasiya Komissiyaları sədrlərinin hesabatları”, “Növbəti tədris ili üçün dərs yükü tapşırıqlarının hazırlanması vəziyyəti və dərs yüklərinin müəllimlər arasında bölgüsü” haqqında Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi məlumat verdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.