Kollecdə 28 May Respublika Günü münasibətilə tədbir keçirildi.

Kollecdə 28 May Respublika Günü münasibətilə tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin kitabxanasında təbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimi Zaidə Məlikova, kitabxanaçı Şahanə Zeynalova tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edənlər 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötdüyündən, Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğundan, müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyindən, ilk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınmasından bəhs etdilər.

Добавить комментарий