Kollecdə “Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi” mövzusunda tədbir keçirildi.

Kollecdə   “Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi” mövzusunda tədbir keçirildi.

31 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin hüquqşunası Çingiz Cavadov tərəfindən “Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə Çingiz Cavadov çıxış edərək dünya ölkələrinin siyasətində hər zaman korrupsiya ilə mübarizənin ön sırada dayandığından, korrupsiyanın inkişafını əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliliyinə zərbə vuran, qanunun aliliyinə və sosial ədalətə təhlükə yaradan və digər mənfi təzahürlərə yol açan ciddiliyindən, 9 dekabr tarixinin korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü elan olunmasından bəhs edərək bildirdi ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna, korrupsiyaya və rüşvətxorluğa qarşı intensiv mübarizə, ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий