Kollecdə “Antiterror” mövzusunda açıq dərs keçirildi.
19 sentyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və sosial” fənlər FBK-nın müəllimi Ziya Əlinurun “Antiterror” mövzusunda açıq dərsi keçirildi. Ziya Əlinur çıxış edərək bildirdi ki, antiterror əməliyyatlarının keçirilməsində məqsəd Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən separatçı qüvvələr Azərbaycan ərazisini tərk etməli olsalar da, Ermənistan rəhbərliyi və onların havadarlarının köməyi nəticəsində həmin hərbi birləşmələr ərazimizdə qalmaqla dinc əhaliyə, hərbi qulluqçulara qarşı terror xarakterli əməliyyatlar həyata keçirməyə davam edirdi, buna görə də lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi qərarı alındı. Əməliyyat zamanı Azərbaycan Ordusu dünya hərb tarixində görünməyən müddətdə – təxminən 23 saat ərzində Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bərabər, onları kapitulyasiyaya məcbur etdi. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Hərbi əməliyyatlar zamanı şəhadətə yüksələn əsgərlərimizin, zabitlərimizin hər birini böyük ehtiram və hörmətlə anırıq. Allah şəhidlərimizi rəhmət eləsin!