Kollecdə “Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Nuranə Əskərova Azərbaycan dilinin düzgün istifadə qaydaları və normalarından, dilimizə yeni daxil olmuş sözlərin işlədilmə formalarından, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunmasından, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsindən, dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasından bəhs edərək bildirdi ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasəti bu gün də onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.