Kollecdə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu“ mövzusunda elmi-praktik konfrans keçirildi.
2 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu“ mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səslənildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq ölkəmizdə ekologiyanın, ətraf mühitin qorunmasına xüsusi önəm verildiyindən, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ekoloji siyasətdən bəhs etdi.
Çıxış edənlərdən tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi (“Yaşıl iqtisadiyyat və dayanıqlı enerji konsepsiyaları istiqamətində Azərbaycanın bərpa olunan enerji resurslarının inkişaf xüsusiyyətləri”), “Aqrar və ekoloji fənlər” FBK-nın sədri Nərgiz Əkbərova (Heydər Əliyev və Ekoloji Siyasət), Nahid Əzizli (Heydər Əliyevin Aqrar siyasət modeli və iqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri), Asya Abbasova (Heydər Əliyev və Azərbaycanın su ehtiyatları), Mirimran Mehtizadə (Heydər Əliyevin ekoloji siyasəti və iqlim dəyişikliklərinin meşəyə təsiri), Muhəmməd Əlizadə (Ümummilli Lider Heydər Əliyevin qida sahəsinə qayğısı və iqlim dəyişikliklərinin qida sistemlərinə təsiri), “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisasının III kurs tələbəsi Aysel Ağazadə (Heydər Əliyev və Azərbaycan təbiəti), “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının II kurs tələbəsi İbrahim Rzayev (Ümummilli Lider Heydər Əliyevin qida sahəsində keçirtdiyi islahatlar) Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ekoloji tarazlığın qorunmasından, ətraf mühitin mühafizəsi sahəsindən, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılmasının həmişə prioritet məsələlərindən, müasir çağırışlara uyğun şəkildə həyata keçirilən ekoloji tarazlığın bərpasından, ekologiyanın qorunmasına hesablanmış kompleks fəaliyyətindən, ölkəmizdə təşkil olunacaq COP29-un region üçün əhəmiyyətindən, cənab prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ekologiyaya, yaşıl iqtisadiyyata verəcək töhvəsindən bəhs etdilər