Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş seminar keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş seminar keçirildi. Seminarda çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Nuranə Əskərova bildirdi ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq idealarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadənin zəngin irsi bizim üçün tükənməz ilham mənbəyidir. Onun həyat yolu bizə öyrədir ki, Vətənə sədaqət, millətə məhəbbət və azad düşüncə insanın ən ali dəyərlərindəndir.
Sonda Bəxtiyar Vahabzadənin həyat və yaradıcıığına aid videoçarx nümayiş olundu.

