Kollecdə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva tərəfindən ustad dərs keçirildi.
28 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor Nərminə Quliyeva tərəfindən ustad dərs keçirildi. Professor Nərminə Quliyeva müəllim və tələbələrlə görüşərək onlara metodik tövsiyyələrini vermiş və təcrübəsini bölüşmüşdür. Müəllim və tələbələri maraqlandıran sualları cavablandıran professor Nərminə Quliyeva tərəfindən keçirilən ustad dərsdə profesional ifaçılığın texnikası, metodikası barədə müəllim və tələbələrə məlumat verildi.
Məlumat üçün bildirək ki, professor Nərminə Quliyeva həm də Kollecin “İnstrumental ifaçılıq” (fortepiano) ixtisası üzrə Yekun Dövlət Attestasiyasının sədri təyin olunmuşdur.