Kollecdə “Baramaçılıq və ipəkçilik” mövzusunda tədbir keçirildi.

Kollecdə “Baramaçılıq və ipəkçilik” mövzusunda tədbir keçirildi.

5 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin “Aqrar elmləri” kafedrasının müəllimi, Meyvəçilik və Çayçılıq Tədqiqat İnstitunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev tərəfindən “Baramaçılıq və ipəkçilik” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Fərman Abdullayev baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqindən, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılmasından, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsindən, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsindən, baramaçılıq və ipəkçiliyin inkişaf mərhələlərindən, tarixindən, Lənkəranda baramaçılıq ənənələrindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий