Kollecdə “Biznes muhiti” mövzusunda dəyirmi masa keçirildi.

Kollecdə  “Biznes muhiti” mövzusunda dəyirmi masa keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Zəka Mehrəliyev tərəfindən “Biznes muhiti” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Zəka Mehrəliyev sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edən və rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin yaradılmasından, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsindən bəhs edərək bildirdi ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes mühitini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində ölkədə biznes mühiti yaxşılaşır, sürətlə inkişaf edir və sahibkarlar üçün bir çox imkanlar təqdim edir, bu proseslər iqtisadi artımın davamlılığını təmin etmək və ölkənin qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Sonda tələbələri maraqlandıran sualları cavablandırıldı.

Добавить комментарий