Kollecdə “COP 29”-la əlaqədar “İqlim Dəyişikliklərinin Qida Təhlükəsizliyinə Təsiri: COP29-da Yeni Strategiyalar və Həllər” mövzusunda mühazirə dinlənildi.
30 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Muhamməd Əlizadənin “COP29”-la əlaqədar “İqlim Dəyişikliklərinin Qida Təhlükəsizliyinə Təsiri: COP29-da Yeni Strategiyalar və Həllər” mövzusunda mühazirəsi dinlənildi. Mühazirədə çıxış edən Muhəmməd Əlizadə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirindən, qida istehsalında dəyişən iqlimin yaratdığı çətinliklərdən, qlobal təchizat zəncirində baş verən dəyişikliklərdən, davamlı kənd təsərrüfatına yeni yanaşmalardan, kiçik fermerlərə və təchizatçılara dəstəkdən, gələcək üçün çağırış və tövsiyyələrdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.