Kollecdə “COP29” ilə bağlı maarifləndirici tədbir keçirildi.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin istehsalat təcrübəsində olan “Ətraf mühitin mühafizəsi və bərpası”, “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının buraxılış kurs tələbələri və metodistləri Nərgiz Əkbərova, Asya Abbasova, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri Ceyhun Hüseynov, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Bəxtiyar Hüseynovun iştirakı ilə “COP29” ilə bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edənlər COP29 konfransına bu il Azərbaycanın ev sahibliyi etməsinin mühüm hadisə olduğundan, ölkəmiz üçün əhəmiyyətindən, iqlim dəyişmələrindən, hidrometeorologiyanın aktual problemlərindən, iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin ekoloji problemlərinin həll yolları, qlobal iqlim dəyişmələrinin ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirindən bəhs edərək bildirdilər ki, COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf üzrə qlobal dialoqdakı rolunu daha da möhkəmləndirəcək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.