Kollecdə COP29-la əlaqədar “Azərbaycanın Ekoturizm Potensialı və İnvestisiyalar” mövzusunda tədbir keçirildi.

Kollecdə COP29-la əlaqədar  “Azərbaycanın Ekoturizm Potensialı və İnvestisiyalar”  mövzusunda tədbir  keçirildi.

10 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın müəllimləri Zəka Mehrəliyev və Orxan Rüstəmov tərəfindən COP29-la əlaqədar “Azərbaycanın Ekoturizm Potensialı və İnvestisiyalar” mövzusunda seminar keçirildi. Seminarda çıxış edənlər COP29-un Azərbaycanın iqtisadi və ekoloji inkişafına təsir edəcək mühüm bir hadisə olduğundan, konfransın nəticələrinin ölkəmizə yeni sərmayə imkanları yaradacağından və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcəyindən, Azərbaycanın alternativ enerji mənbələrinə və ekoloji layihələrə yönələn investisiyalarla qlobal bazarda daha rəqabətli bir mövqeyə sahib olacağından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.

Добавить комментарий