Kollecdə “COP29”-la bağlı maarifləndirici tədbir keçirildi.
1 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “COP29”-la bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Afiq Məlikov tərəfindən maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən Afiq Məlikov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əhəmiyyətindən, dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəblərindən, ekologiya və ekoloji sistemdən, təbii sərvətlər və onların növlərindən, alternativ enerji mənbələrindən, ekoloji problemlər və onların həlli yollarından, tullantılar və onların idarə olunmasından, ekoloji siyasətin məqsəd və vəzifələrindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.