Kollecdə “COP29”-la bağlı panel görüş keçirildi.
29 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “COP29”-la bağlı “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimləri tərəfindən panel görüş keçirildi. Panel görüşdə “Aqrar və ekoloji fənlər” FBK-nın sədri Nərgiz Əkbərova “Qlobal iqlim dəyişmələrinin ekoloji nəticələri” mövzusunda çıxış edərək insanın təsərrüfat faəliyyətinin iqlimin dəyişməsinə təsiri, iqlimin qlobal dəyişməsinin təbii və sosial-iqtisadi nəticələri, ehtimal olunan iqlim dəyişməsinin senarisi haqqında məlumat verdi.
“Aqrar və ekoloji fənlər” FBK-nın müəllimləri Asya Abbasova “İqlim dəyişmələrinin Azərbaycanda təzahürü”, Mirimran Mehtizadə “İqlim dəyişmələrinin meşələrə təsiri və onlara qarşı mübarizə tədbiri” mövzusunda çıxış edərək planetimizin qlobal ekoloji problemlərindən biri olan iqlim dəyişikliyinin digər sahələrdə olduğu kimi meşə ekosistemlərinə təsirindən, zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artmasından, xüsusən də uzun sürən quraqlıqlar nəticəsində ağacların zəifləməsindən bəhs edərək bildirdilər ki, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşələrin bərpası, yeni yaşıllıqların salınmasıdır ki, buna nail olmaq üçün ölkəmizdə irimiqyaslı ağacəkmə aksiyaları keçirilir, yaşıllıq sahələri genişləndirilir.
Sonda tələbələri maraqlandıran suallar müzakirə olundu.