Kollecdə “COP29 ” mövzusunda dəyirmi masa keçirildi.
11 iyun 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi tərəfindən dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Nahid Əzizli dünyada baş verən iqlim dəyişikliyinin təsirinin aydın surətdə görünməsindən, iqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim şəraitindən ən çox asılı olan sahənin kənd təsərrüfatı olduğundan, kənd təsərrüfatı istehsalının hava şəraitinə həssas və birbaşa iqlim dəyişikliyinin təsirinə məruz qaldığından bəhs edərək bildirdi ki, Azərbaycan iqlim dəyişikliyinə həssas ölkədir. Payız fəslində normalda kifayət qədər yağıntı düşən bölgələrdə əkin mövsümü zamanı yağıntının ümumiyyətlə olmaması ciddi çətinliklər yaradır, kəskin iqlim dəyişmələri zamanı məhsul itkisi böyük olur, məhsuldarlıq və məhsulun keyfiyyəti aşağı düşür.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.