Kollecdə “Dövlət müəssisələrində işəqəbul prosedurlarında şəffaflığın artırılmasına dair tədbirlərin görülməsi” mövzusunda tədbir keçirildi.
21 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Kollecin kadrlar üzrə mütəxəssisi Samirə Axundova tərəfindən “Dövlət müəssisələrində işəqəbul prosedurlarında şəffaflığın artırılmasına dair tədbirlərin görülməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə Samirə Axundova əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər, işçilərin işsiz və işaxtaranların insan resursları ilə işin təşkilindən, şəffaflığın təmin edilməsinə zəmin yaradan elekton platformadan, ƏMAS işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrin bağlanmasının rəqəmsal kadr uçot sisteminin yaradılmasından, əməyin təşkilindən, hesablanmasından, ödənilməsindən bəhs edərək bildirdi ki, işsiz və işaxtaranlarla yanaşı işəqəbulolunanların da şəxsi kabineti formalaşır, işə qəbul olunmuş şəxs öz kabinetində onunla bağlanmış əmək müqavilələrini, əmək fəaliyyəti haqqında məlumatları, aidiyyatı əmrləri görə bilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.