Kollecdə “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərin əsərlərində ətraf mühitin qorunması” mövzusunda tədbir keçirildi.
24 ay 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Humanitar fənlər” FBK tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərin əsərlərində ətraf mühitin qorunması” mövzusunda tədbir keçirildi. Tədbirdə “Humanitar fənlər” FBK-nın sədri Ülkər Bəşirova çıxış edərək Nizaminin əsərlərində təbiətin mühafizəsi haqqındakı fikirlərdən, müasir dövrdə atmosferin, suyun, torpağın çirklənməsindən, dahi şairimiz Nizaminin ekoloji problemlər haqqında “İsgəndərnamə” əsərində təsvir etdiyindən, ekologiyanın etik-estetik istiqamətindən qneseoloji-praqmatik istiqamətinə keçid “Yeddi gözəl” poemasında aydın göründüyündən məlumat verərək bildirdi ki, böyük təbiətşünas alim, şair-filosof Nizami Gəncəvi demək olar ki, bütün əsərlərində insanları təbiəti sevmək və ona qayğıkeş münasibət bəsləmək ruhunda tərbiyələndirməyə çalışmış, bu məqsədlə heç zaman öz dəyərini itirməyən hikmət dolu misralar yaratmışdır.
“Humanitar fənlər” FBK-nın müəllimi Səidə Kazımova çıxış edərək Azərbaycanın xalq şairi, ölməz sənətkar Səməd Vurğunun yaradıcılığının ilk dövrlərində qələmə aldığı “Şəki”, “Çiçək”, “Dilcan dərəsi”, “Bizim dağların”, “Kür çayı”, “Yadıma düşdü” və bir çox başqa şeirlərində yurd sevgisinin, onun təbiətinə və ayrı-ayrı guşələrinə məhəbbətdən, ekoloji tərbiyə, gənc nəsildə ekoloji baxışların və mühakimənin yaradılmasında ustad şairimiz Məmməd Arazdan bəhs edərək bildirdi ki, bədii ədəbiyyatda qələmə alınan əsərlər də bizə ətraf mühitin qorunması məsələsini daha yaxşı anlayıb tətbiq etməyimizə töhfə verir.