Kollecdə “Erkən nikaha yox deyək” mövzusunda tədbir keçirildi.

Kollecdə “Erkən nikaha yox deyək” mövzusunda tədbir  keçirildi.

21 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Kollecin psixoloqu Zülfiyyə Əliyeva və “Təbiyyat fənləri” FBK-nın müəllimi Əminə Cəfərzadə tərəfindən “Erkən nikaha yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər erkən nikahın fəsadlarından, gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərlərdən, fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsirindən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktorlardan, bu sosial problemin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.
Sonda “Erkən nikaha yox deyək” mövzusunda videoçarx nümayiş olundu

Добавить комментарий