Kollecdə “Fibonacci” adlı intellektual yarış keçirilmişdir.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçirilmişdir. Yarışda ixtisaslar üzrə ümumilikdə 10 komanda “Ekoloqlar (Meşə və park II)”, “Library work (Kitabxana işi)”, Maliyyəçilər (Maliyyə işi I)”, “Ulduzlar (Məktəbəqədər təhsil I), “Finance (Maliyyə işi III)”, “All star (Hidromeliorasiya və torpaq mühafizəsi I)”, Old lider (Maliyyə işi II)”, “Kaizen (Turizm işinin təşkili I)”, “Mars (Qida məhsullarının təhlükəsizliyi I)”, “Zirvə (Sığorta işi II)” iştirak etmişdir. Yarış “Fibonacci” oyununun qaydalarına əsasən 4 mərhələ və final mərhələsindən ibarət olmuşdur. Maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerin qalibi Ekoloqlar, 2-ci yerin qalibi Library work, 3-cü yerin qalibi Maliyyəçilər olmuşdur.