Kollecdə “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin və Lənkəran Mərkəzləşdirlmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyindən, evliliklərin çox vaxt tez dağıldığından, həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayının artdığından, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlərindən bəhs edərək bildirdilər ki, sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin böyük sərvətidir. Bu sərvətin artırılması və qorunub saxlanılması yolunda cəmiyyətin hər bir üzvü aktiv şəkildə iştirak etməlidir.
Sonda “Erkən nigaha yox deyək” mövzusunda videoçarx nümayiş olundu.