Kollecdə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Kollecin Mülki Müdafiə Qərargah rəisi Cəmil Quliyev məruzə edərək “Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Sonda videoçarx nümayiş olunub.