Kollecdə hesabat konserti keçirildi.
31 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə İnstrumental ifaçılıq (fortepiano və xalq çalğı alətləri) FBK-nın müəllim və tələbələrindən ibarət hesabat konserti keçirildi. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının nümayəndəsi təşkilati işlər üzrə məsləhətçi Yalçın Əliyev iştirak edirdi. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra müəllim və tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Kollecin il ərzində qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən bəhs etdi və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş Kollec əməkdaşlarına üzvlük vəsiqələri təqdim edildi. Yalçın Əliyev çıxış edərək əməkdaşlığa görə 4 saylı ərazi partiya təşkilatına təşəkkürünü bildirdi.