Kollecdə “İnformasiya təhlükəsizliyi və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, uşaqların cinsi istismarı və istismardan müdafiəsi“ mövzusunda tədbir keçirildi.

Kollecdə  “İnformasiya təhlükəsizliyi və uşaqların rəqəmsal bacarıqlarının  inkişaf etdirilməsi, uşaqların cinsi istismarı və istismardan müdafiəsi“ mövzusunda  tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İkt və incəsənət fənləri” FBK-nın müəllimləri Nəsibə Hüseynzadə, Aygün Həsənzadə tərəfindən “İnformasiya təhlükəsizliyi və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, uşaqların cinsi istismarı və istismardan müdafiəsi“ mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər rəqəmsal bacarıqların inkişafından, informasiya təhlükəsizliyinin təmin edilməsi, uşaqların sosial şəbəkələrdən və ümumilikdə internetdən düzgün istifadəsinin təşviq edilməsindən, internetin mənfi təsirləri sırasında fiziki və psixoloji xəstəliklərin yaranmasından, asılılıq və zərərli vərdişlərə aludəçilik hallarının baş verməsindən, insan alverinin qurbanı olma, uşaq istismarı hallarının artmasından, real həyatdan və ailədən uzaqlaşmadan bəhs edərək bildirdilər ki, bu kimi hadisələrin qarşısının alınması üçün valideynlərdən heç bir məlumatın gizlədilməməsi və internetdən düzgün istifadənin uşaqlar arasında təşviq edilməsi vacib məsələdir. Sonra “İnformasiya təhlükəsizliyi və uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий