Kollecdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.

Kollecdə  “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.

27 may 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə DİN-nin İnsan alverinə qarşı mübarizə Baş idarəsinin Baş əməliyyat müvəkkili Vamiq Naməndzadənin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova ümumbəşəri problem olan insan alverindən, fəsadlarından, potensial təhlükə altında olan insanlar arasında məlumatlılığın artırılması, bu istiqamətdə müvafiq tədbirlərin görülməsindən bəhs etdi. Tədbirdə çıxış edən Vamiq Naməndzadə insan alverinin ümumi formalarından, cəlbetmə yollarından, qurbanlarından, dövlət səviyyəsində bu çirkin alverə qarşı keçirilən mübarizə tədbirlərindən, insan alveri qurbanlarına fiziki və psixoloji reabitasiya məsələlərindən, bu vacib məsələ ilə mübarizə yolları, qurbana çevrilməmək üçün qorunma vasitələri haqqında məlumat verərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий