Kollecdə “İnsan dəyəri hüquq və azadlıq müstəvisində” adlı tədbir keçirildi.

Kollecdə “İnsan dəyəri hüquq və azadlıq müstəvisində” adlı  tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Dövlət proqramlarına uyğun olaraq “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan dəyəri hüquq və azadlıq müstəvisində” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mələk Əhmədzadə insan hüquqları anlayışından, mahiyyətindən, beynəlxalq hüquqda yerindən, tarixi inkişaf dinamikasından, müxtəlif meyarlar üzrə təsnifatından, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə həyata keçirən tədbir və islahatlardan, vətəndaşın hüquq və azadlıqlarından, dövlətin hüquqlarımızı qorunması siyasətindən, gender bərabərliyindən və qadın hüquqlarından bəhs edərək bildirdi ki, insan hüquqları haqqında öhdəliklərə riayət etmək və beynəlxalq səviyyədə dəstək göstərmək ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий