Kollecdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirildi.

Kollecdə “İnsan hüquqları aylığı” çərçivəsində   tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin hüquqşünası Çingiz Cavadov tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirildi. Tədbirdə çıxış edən Çingiz Cavadov Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi və insan hüquqlarının təminin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı illə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmasından bəhs edərək insan hüquqlarından, vətəndaşın hüquq və azadlıqlarından, dövlətin hüquqlarımızı qorunması siyasətindən məlumat verdi.
Sonda tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий