Kollecdə “İqlim dəyişkənliyinin Qida sənayesinə təsiri və bu sahədə yaranan problemlərin həlli yolları” mövzusunda açıq dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Muhəmməd Əlizadənin “İqlim dəyişkənliyinin Qida sənayesinə təsiri və bu sahədə yaranan problemlərin həlli yolları” mövzusunda açıq dərsi keçirildi. Muhəmməd Əlizadə çıxış edərək bildirdi ki, iqlim dəyişiklikləri qida təchizatı, ərzaq qiymətləri, qida təhlükəsizliyi və qida sistemlərinin davamlılığı üçün böyük təhdidlər yaradır. Bu qlobal aclıq riskinin yaranması və artması, kənd təsərrüfatı məhsullarının azalması, qida qiymətlərinin qalxması ilə nəticələnir. Bu halda iqlim dəyişkənliyinin fəsadlarının aradan qaldırılması üçün kənd təsərrüfatı və ərzaq istehsalında karbon tutumu azalan texnologiyaların tətbiqindən, təbii resursların qorunması və bərpa edilməsinə yönəlmiş təşəbbüslərdən, qida israfının və tullantıların azaldılması üçün səmərəli tədbirlərin icrasında yaxından iştirak etmək hər bir vətəndaşın borcudur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.