Kollecdə “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat keçirildi.
21 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə istehsalat təcrübəsində olan “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının buraxılış kurs tələbələrinin və metodist Nərgiz Əkbərovanın təşkilatçılığı ilə COP29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat keçirildi. Tədbirdə BMT-nin Paris İqlim müqaviləsindən, qlobal iqlim dəyişiklikləri və COP29 tədbirlərinin yaranmasının mahiyyətindən, 30 il ərzində ermənilərin Qarabağa vurduğu ekoloji ziyandan, qoruqların flora və faunasının məhv edilməsindən, çayların çirklənməsi, göllərin quruması və meşələrin yandırılmasından, işğaldan azad olmuş Qarabağda aparılan geniş həcmli yenidənqurma işlərindən, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl enerji” zonası elan edilməsinin əhəmiyyəti mövzusunda tələbələrin – Həsənli Səbinə, Hüseynli Aysu, Əlizadə Sənan, Vəliyeva Fatimə və Mahmudzadə Lamiyyə slayd formasında təqdimatlarına baxış keçirildi.