Kollecdə “Məzun 2024” adlı tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Məzun 2024” adlı tədbir keçirildi. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Leyla İbrahimova Kollecin bütün məzunlarını məzun olmaq münasibəti ilə təbrik edərək onlara xoş arzularını bildirdi. Tədbirdə Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dos.Ramiz Şəmmədov, İctimai şuranın sədri, Lənkəran Ağsaqqallar şurasının sədr müavini Güloğlan Bağırov, məzun valideyni Hüseynzadə Samirə, “Vokal sənəti (xanəndəlik) ixtisasının məzunu Hüseynzadə Allahverən çıxışlarında məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladılar. Sonra Kollecin ictimai, mədəni tədbirlərində fəal iştirak edən müəllim və tələbə heyəti təşəkkürnamə ilə təltif edildi.
Sonda Kollec tələbələrinin iştirakı ilə konsert proqramı tədbir iştirakçılarına təqdim olundu.