Kollecdə “Milli iqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanları” mövzusunda tədbir keçirildi.

Kollecdə “Milli iqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanları” mövzusunda tədbir keçirildi.

1 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi tərəfindən “Milli iqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Həbib Həbibi Dördüncü Sənaye İnqilabı texnologiyalarının Azərbaycan iqtisadiyyatında tətbiqinin yeni imkanlar yaratdığından, bu texnologiyaların iqtisadiyyatın əsas sektorlarını inkişaf etdirməklə yanaşı iş yerlərinin optimallaşdırılması, insan resurslarının effektiv istifadəsi və innovasiya mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynamasından, ölkənin regionda və qlobal miqyasda daha güclü iqtisadi mövqelərə malik olmasına şərait yaratmağından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий