Kollecdə “Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi“ mövzusunda tədbir keçirildi.

Kollecdə  “Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi“ mövzusunda tədbir keçirildi.

10 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə kadrlar üzrə mütəxəssis Samirə Axundovanın iştirakı ilə “Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi“ mövzusunda tədbir keçirildi. Kadrlar üzrə mütəxəssis Samirə Axundova çıxışında müəssisələrdə işəgötürmə prosedurunun şəffaflığının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) həyata keçirilməsindən, bu sistemin bir sıra vacib funksiya və əhəmiyyətindən, sənədləşmələrin kağız daşıyıcılarından elektron formaya keçməsindən, sistem üzərindən işəgötürən və işaxtaranların vahid bir platformada birləşdirilməsindən bəhs edərək bildirdi ki, Kollecdə də işəgötürmə prosesi tam şəffaf şəkildə həyata keçirilir, müvafiq komissiya rəyi əsasında aparılır, müsabiqədən keçən hər bir işaxtaran işə qəbul olunur.

Добавить комментарий