Kollecdə “Müxtəlif növ xəritələrdə ölkəmizin ərazi bütövlüyünün şübhə altına qoyulması cəhdlərinin və Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə təhrif edilmiş formada istinadların qarşısının alınması” mövzusunda xüsusi dərs keçirildi.

4 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Təbiyyat fənləri” FBK-nın sədri Nərgiz Əkbərova tərəfindən “Müxtəlif növ xəritələrdə ölkəmizin ərazi bütövlüyünün şübhə altına qoyulması cəhdlərinin və Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə təhrif edilmiş formada istinadların qarşısının alınması” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə Nərgiz Əkbərova Azərbaycan Respublikasının sərhəd xətlərindən, bir sıra sosial platformalarda, beynəlxalq qurumların rəsmi internet səhifələrində Azərbaycan Respublikasının xəritəsinin erməni proqramçıları tərəfindən təhrif olunmuş formada təqdim olunduğundan bəhs edərək bildirdi ki, bu Azərbaycanın ərazi bütövlüyünə edilmiş bir qəsddir və belə hallarla rastlaşdıqda hər bir Azərbaycan vətəndaşının haqlı etirazını bildirmək borcudur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий