Kollecdə Pedaqoji Şuranın iclası keçirilib
14 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. Kollecin direktoru, Pedaqoji Şuranın sədri Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırıb.
Pedaqoji Şurada ilkin olaraq 2023/2024-cü tədris ilinin payız semestrində tədrisin vəziyyəti, kollokviumların gedişi barədə tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi məlumat verib.
Kollecdə qış mövsümunə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında Kollecin İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Məsud Vəliyev məlumat verib.
Kollecdə mədəni-kütləti, GÇQ-kı hazırlıq və idman işlərinin təşkilinin vəziyyəti haqqında Fiziki tərbiyə rəhbəri, GÇQ-kı hazırlıq rəhbəri Farid Salayevin məlumatı dinlənilib.
Sonda Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.