Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
29 may 2025-cil il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın sədri, Kollecin direktoru Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “Kollec üzrə kollokviumların gedişi və yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” haqqında tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibinin hesabatı dinlənildi.
“Kollecin buraxılış kurs tələbələrinin Yekun Dövlət Attestasiyasına buraxılmaları” haqqında tədris şöbə müdiri İlahə Əyyubova məlumat verdi.
“Açıq dərslərin keçirilməsinin vəziyyəti” haqqında metodşuranın sədri Mirvari Səmədova məlumat verdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq Şuraya yekun vuruldu.