Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

Kollecdə Pedaqoji Şuranın növbəti iclası  keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın sədri, Kollecin direktoru Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” haqqında tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibinin hesabatı dinlənildi.
“2024/2025-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti” haqqında Sosial şöbənin müdiri Gülayə Talışxanova, Aqrar və texnoloji şöbənin müdiri Ziya Əlinurun çıxışları dinlənildi.
“Buraxılış kurs tələbələrinin təcrübəsinə hazırlığın vəziyyəti”, “Pedaqoji Şurada qəbul edilmiş qərarların icrası” haqqında təcrübə rəhbəri və karyera üzrə mütəxəssis, pedaqoji şuranın katibi Zəka Mehrəliyev məlumat verdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq Şuraya yekun vuruldu.

Добавить комментарий