Kollecdə “Qəhvəyi mərmər bağacığı” mövzusunda tədbir keçirildi.
29 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran Dövlət Universitetinin “Aqrar elmləri” kafedrasının müəllimi, Meyvəçilik və Çayçılıq Tədqiqat İnstitunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev tərəfindən “Qəhvəyi mərmər bağacığı” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Fərman Abdullayev “Qəhvəyi mərmər bağacığın morfologiyasından, yayılma yollarından, qidalanmasından, həşəratla mübarizə üsullarından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.