Kollecdə “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”adlı tədbir keçirildi.
24 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 25 noyabr “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edənlər məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasından, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və bu qlobal məsələnin daha çox qurbanı olan qadınların öz potensiallarını göstərmək üçün göstərə biləcəyimiz dəstəkdən danışaraq, tələbələri maraqlandıran sualları cavablandırdılar. Sonda “Qadın zorakılığına qarşı mübarizə” adlı videoçarx nümayiş olundu.