Kollecdə “Rəqəmsallaşma istiqamətində bilik və bacarıqların artırılması” mövzusunda tədbir keçirildi.

Kollecdə  “Rəqəmsallaşma istiqamətində bilik və bacarıqların artırılması” mövzusunda tədbir keçirildi.

21 noyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İKT və incəsənət” FBK-nın müəllimi Nəsibə Hüseynzadə tərəfindən “Rəqəmsallaşma istiqamətində bilik və bacarıqların artırılması” mövzusunda tədbir keçirildi. Nəsibə Hüseynzadə çıxış edərək Azərbaycanda rəqəmsal bacarıqların inkişafından, ümumi kateqoriyalarından, üstünlüklərindən, insanların texnoloji cəhətdən maarifləndirilməsindən, onlarda fərqli istiqamətlər üzrə dünyagörüşünün formalaşdırılmasından bəhs edərək bildirdi ki, hər bir fərdə rəqəmsal təməl biliklərin mütəmadi olaraq aşılanması cəmiyyətin bütün üzvləri üçün vacib əhəmiyyət daşıyır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий