Kollecdə “Şəffaflığın artırılması məqsədilə dövlət xidmətlərinin göstərilməsi üçün tələb olunan sənədlər” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə baş mühasib Vasif İsayev tərəfindən “Şəffaflığın artırılması məqsədilə dövlət xidmətlərinin göstərilməsi üçün tələb olunan sənədlər” mövzusunda tədbir keçirildi. Tədbirdə baş mühasib Vasif İsayev çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Vəsaitlərinin xərclərinin şəffaf aparılması məqsədilə Dövlət Xəzinədarlığı Agentliyi Xəzinədarlıq İnformasiya İdarəetmə portalının yaradılmasından, rayonlarda fəaliyyət göstərən xəzinədarlıq idarələrinə getməməklə vəsaitlərin xərclənməsinin portal vasitəsilə aparılmasından, tam şəffaf formada aparmaq üçün xəzinədarlıqda təyin olunmuş kuratorlar tərəfindən skan olunmuş təsdiqedici sənədlərin yoxlanılmasından və düzgünlüyündən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.