Kollecdə ”Statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” mövzusunda tədbir keçirildi.

Kollecdə ”Statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” mövzusunda tədbir keçirildi.

22 oktyabr 2025-ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Lənkəran şəhər Statistika idarəsinin sahə üzrə aparıcı məsləhətçisi Samirə Dövlətovanın Iştirakı ilə ”Statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Samirə Dövlətova rəsmi statistikanın cəmiyyətdə idarə olunmasından, statistik müayinə metodologiyasının hazırlanmasından, demoqrafik proseslərindən, rəsmi statistika materiallarının vaxtında təqdim edilməsindən, düzgünlüyünün təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsindən, statistik məlumatların toplanılması metodlarından bəhs etdi. Bildirildi ki, statistik müayinə və onun metodologiyasının düzgün hazırlanması cəmiyyətin sosial, iqtisadi və digər sahələrində obyektiv və etibarlı məlumatların əldə olunmasına imkan yaradır, bu səbəbdən statistik müayinənin hər mərhələsinin elmi və metodoloji baxımdan əsaslandırılmış şəkildə aparılması vacibdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий